Tibb işçilərinin sertifikasiyası çətinləşir?

saytların hazırlanması

Evə çatdırılma

Tibb işçilərinin sertifikasiyası çətinləşir?

Sosial

09 Sentyabr 2021 08:23 1350


Tibb işçilərinin sertifikasiyası qaydalarına dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib. 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. O bildirib ki, bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır. M.Mirzəzadə deyib ki, imtahan suallarında dəyişikliklər də olacaq:

"Hazırda bununla bağlı iş gedir. Əsas dəyişiklik pediatriya və stomatologiya üzrədir. Sertifikasiya imtahanları üçün suallar daim yenilənir. Amma bu o demək deyil ki, bütün suallar tam şəkildə dəyişdirilərək, başqaları ilə əvəzlənir. İmtahana düşəcək sualların bəziləri qapalı olduğundan onları yalnız imtahan vaxtı görmək mümkündür". pizza sifarişi

Onun sözlərinə görə, tibb işçiləri 5 il ərzində 240, hər il üçün isə 48 bal toplamalıdır. Qanunvericiliklə tibb işçisinin sertifikatının müddəti bitməməlidir: "Sertifikatın bitməsinə 1-2 ay qalmış işçiyə bildiriş göndərilir. Eyni zamanda, o, təkmilləşmə kurslarına cəlb olunur və imtahanda iştirak edir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!