Tikinti maqnatı: “Türkiyədəki zəlzələ Bakıda olsa...”

saytların hazırlanması

Evə çatdırılma

Tikinti maqnatı: “Türkiyədəki zəlzələ Bakıda olsa...”

Sosial

13 Fevral 2023 08:16 24578


Türkiyədə on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Azərbaycanda da inşa olunan yaşayış binalarının təhlükəsizliyi, zəlzələyə davamlılığı  ilə bağlı müzakirələr açılıb. Bir çox ekspertlər hesab edir ki, Bakı şəhərində inşa olunan yeni yaşayış binaları yoxlanılmalıdır.

Uzun illər bina tikintisi ilə məşğul olan “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Gununsesi.info-ya açıqlamasında bu haqda danışıb.

İş adamı bildirib ki, onun şirkətləri tərəfindən inşa olunan binaların təhlükəsizliyinə zəmanət verir: “Allah bir daha yaşatmasın. Amma Türkiyədəki zəlzələ burada olarsa, insanlara deyərəm ki, evinizdə oturun, çayınızı için. Mən bunu məsuliyyətimlə deyirəm”. Dominos pizza

Bakıda inşa olunan binaların ciddi nəzarətdən keçməməsi barədə iddialara gəlincə, İsfəndiyar Axundov bildirib ki, belə bir məsələ yoxdur: 

“İnşaat prosesinə başlamazdan xeyli əvvəl onun hər bir detalı araşdırılır, rəy verilir. Bu olaydan sonra mən Türkiyədəki binalarla maraqlandım. Mən sizə foto təqdim edirəm. Birinci fotodakı mənim tikdiyim binadır. İkinci isə Türkiyədə inşa olunan binanın təməlidir. Onlar bizimki qədər dərinlikdə betonlama etmirlər. Təmələ beton piltə atırlar, üstünə də bir az beton verilir. Belə olanda təbii ki, bu təhlükəli olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!