İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Daşımalar ümumilikdə 80 avtobusla təşkil olunacaq. Saat 16:00-20:00 aralığında bir sıra metrostansiyadan Bakı Olimpiya Stadionu istiqamətində avtobuslar fəaliyyət göstərəcək: "Koroğlu", "Qara Qarayev", "28 May" və "20 Yanvar". pizza
Bakı Olimpiya Stadionundan əks istiqamətdə isə avtobuslar saat 23:00-dan etibarən yola düşəcək.
Telegram kanalımız