“Timsah” ləqəbli məşhur narkobaron və onun yaxın adamı edam olundu
25 Yan 2020 09:09
403

“Timsah” ləqəbli məşhur narkobaron və onun yaxın adamı edam olundu

İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron və onun yaxın adamı edam olunub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “Fars körfəzinin timsahı” ləqəbli Ə. Z. və onun yaxın adamı M.H. bu gün edam olunublar. Bundan başqa, onların rəhbərlik etdiyi dəstənin digər 18 nəfər üzvü ümumilikdə 420 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Fars körfəzinin timsahı” ləqəbli narkobaron Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrində narkotik ticarəti ilə məşğul olub. (APA)

 

Oxşar xəbərlər