“Heritage Auctions” hərrac evi “Titanik” filminin sonunda Keyt Uinsletin qəhrəmanının xilas olmaq üçün istifadə etdiyi məşhur qapını hərraca çıxarıb. Hərracın gedişində lot 718 min dollara çatıb və başlanğıc qiyməti - 40 min dolları xeyli ötüb.
Yenisabah.az “The Hollywood Reporter”ə istinadla xəbər verir ki, Halifaks dəniz muzeyinin XV Lui üslublu dekorativ panelinə heyrətamiz dərəcədə bənzəyən bu rekvizit “Titanik” filminin ən maraqlı səhnəsini əks etdirir. Qapının uzunluğu 2,44 metr, eni isə 1,04 metrdir.
Qapıdan əlavə, hərraca “The Shining” filmindən balta, 1984-cü ildə çəkilmiş “İndiana Cons”dan qamçı və “Titanik”in finalında Keyt Uinsletin şifon paltarı daxil edilib. Sonuncu rekvizit 125 min dollara satılıb. Bu əşyaların yeni sahiblərinin adları açıqlanmayıb. Marqarita pizza
Alıcıların əldə etdikləri digər auksion əşyalarına “Kingpin”dən qırmızı qızılgüllərlə boulinq topu (350.000 dollar) və “Hörümçək Adam 3”dən Tobey Maguirenin qara kostyumu (125.000 dollar) daxildir.
Telegram kanalımız