“İstənilən siyasətçi münasibətini bildirmək istəyir. Yəni ya bu hadisəyə, yaxud Xocalı soyqırımı, Holokost və ya gələcəkdə başqa bir prosesə, hətta Roma İmperiyasına aid cinayətlərə də kimsə tarixi qiymət verə bilər”.
Bunu “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
O, İsrail hökumətinin rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verməsini belə şərh edib: pizza mizza
“Tarixi keçmişi günümüzə daşıayaraq təbliğat məqsədilə istifadə etmək olar. Amma bu cür müzakirələr hansısa hüquqi məsuliyyətə səbəb olmur. Kiminsə qırmızı rəngdən xoşu gəlmirsə, yaşılı seçirsə, bu onun fikridir”.
T.Zülfüqarov bildirib ki, ermənilər “soyırımı”ndan öz maraqları naminə istənilən formada istifadə edirlər:
“Türkiyə isə həmin hadisəni soyqırım yox, böyük faciə kimi tanıyır. Bu baxımdan məsələyə yanaşsaq, onlar öz faciələrini hansısa məqsədlər üçün istifadə edirlər və bu, etik normalardan uzaq addımlardır”.
Xatırlatma: Xarici İşlər Nazirliyinin bəyanatı İsraildə "erməni soyqırımı"nın tanınmasına dair bəyanat yayıb. Bəyanatda qeyd olunub:
"1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir:
Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.
İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.
Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək".
Aytac Əliyeva
Telegram kanalımız