Tokayevə yaşıl işıq: Yenidən prezident seçilə biləcək

saytların hazırlanması

Evə çatdırılma

Tokayevə yaşıl işıq: Yenidən prezident seçilə biləcək

Dünya

07 İyul 2026 15:17 68


Qazaxıstanın 2026-cı ilin martında referendumla qəbul edilmiş və iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyası, ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, hazırkı prezident Kasım-Jomart Tokayevə yenidən seçilməyə icazə verir.

“Yeni Sabah” xəbər verir ki, dövlət başçısı köhnə Konstitusiyaya (30 avqust 1995-ci il) əsasən, vəzifə tutan şəxslərin aşağıdakı vəzifələrə seçilib-seçilməyəcəyi və ya təyin oluna bilməyəcəyi ilə bağlı aydınlıq gətirilməsini Konstitusiya Məhkəməsindən xahiş edib.

Prezidentin müraciətinə baxıldıqdan sonra Konstitusiya Məhkəməsi rəsmi şərh verib və onun yenidən seçilməsinə yaşıl işıq yandırıb. Marqarita pizza

Tokayev ilk dəfə prezidentlik vəzifəsini 20 mart 2019-cu ildə, Nursultan Nazarbayevin istefasından sonra öz üzərinə götürüb.

9 iyun 2019-cu ildə keçirilən növbədənkənar prezident seçkilərində o, səslərin 70,96%-ni toplayıb.

20 noyabr 2022-ci ildə keçirilən növbədənkənar seçkilərdə Tokayev səslərin 81,31%-ni toplayaraq yenidən seçilib. Onun andiçmə mərasimi 26 noyabr 2022-ci ildə baş tutub. Əvvəlki Konstitusiyaya görə, onun səlahiyyət müddəti 2029-cu ildə başa çatmalı idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!