Bir neçə gün sonra doğum gününü qeyd etməyə hazırlaşan aparıcı, prodüser Tarix Əliyev (Tolik) doğum günü məclisinə hər kəsin dəvətli olmadığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb:
“Diqqətiniz üçün çox sağ olun. Məni tədbirdə görüb, ya da burada yazan tanışlar, ad günümə yoldan keçən, salam verdiklərimi, hər kəsi dəvət etmirəm. Dominos pizza
Nəyəsə görə buna ehtiyac duymuram. Mən dostlarımı, əzizlərimi dəvət edirəm. Qızım, sənə deyirəm, gəlinim, sən eşit”.
Tolik iyun ayının 6-sı 45 yaşını qeyd edəcək.
Telegram kanalımız