Tolik Hacı Şahinin məzarını ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Tolik Hacı Şahinin məzarını ziyarət etdi

Şou

27 Noyabr 2025 16:55 837


Aparıcı Tarix Əliyev Hacı Şahin Həsənlinin məzarını ziyarət edib. 

"Yeni Sabah" xəbər verir ki, o, həmin görüntüləri sosial media hesabında paylaşıb.

Produser görüntüləri belə şərh edib: Marqarita pizza

"Hacı Şahinin məzarını ilk dəfə bu gün ziyarət etdim. Bir insanın beynindəki dərrakəsiz düşüncəsi yüz minlərlə Hacı Şahini sevənlərin sevgisini yenidən alovlandırdı. Məni belə onun ziyarətinə getməyə vadar etdi. Əminəm ki, Hacı Şahini yaddaşlarında saxlasalar da, qəlblərində sevsələr də, beyinlərində bəzi fikirlərlə, bəzi problemlərlə onu bir anlıq unudan insanlar belə ona olan sevgisini yenidən alovlandırdılar və yüz minlərlə, milyonlarla rəhmət qazanmış bir insana yenidən rəhmət oxudular. O, o dünyada da qalib gəldi, adın uca oldu, Hacı Şahin. Bəli, sən o dünyada olsan da, adın bu dünyada var olan bəzi allahsızlara yenə də ağır gəldi. Onlar burada da sənə uduzdular".

Qeyd edək ki, Hacı Şahin Həsənli 2023-cü il martın 2-də ürək çatışmazlığından vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

 

 

Aydan Hacı 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!