Tolik: İlhamə Quliyeva sağ olsaydı, şou-biznes necə görünərdi?

saytların hazırlanması

Evə çatdırılma

Tolik: İlhamə Quliyeva sağ olsaydı, şou-biznes necə görünərdi?

Şou

01 Oktyabr 2026 12:04 99


Tarix Əliyev (Tolik) mərhum Xalq artisti İlhamə Quliyevanın yoxluğunun Azərbaycan şou-biznesinə təsiri barədə fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkə hesabında bu gün İlhamə Quliyeva həyatda olsaydı, şou-biznesin necə görünə biləcəyi ilə bağlı sual ünvanlayıb.

T.Əliyev bildirib ki, söhbət maddi maraq naminə restoran və kafelərdə çıxış edən müğənnilərdən deyil, özünü Azərbaycan şou-biznesinin bir parçası hesab edən sənətçilərdən gedir: Pepperoni pizza

“İlhamə Quliyeva bu gün sağ olsaydı, şou-biznesimiz necə görünərdi? Görəsən, bu gün özünü sənətçi və ulduz hesab edənlərin neçəsi onun qarşısında özünü eyni rahatlıqla “sənət adamı” hesab edərdi?”

Aparıcı əlavə edib ki, bu gün şou-biznesdə səhnəsi olan, lakin səhnə mədəniyyəti olmayan, adı tanınsa da, çəkisi olmayan insanların sayı çoxdur:

“Bəlkə də bu gün bizə ən çox çatışmayan şey elə budur: çoxlarının səhnəsi var, amma səhnə mədəniyyəti yoxdur; adı var, amma çəkisi yoxdur”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!