Tolik: İstəmirəm Elza xanıma əl qaldırılsın

saytların hazırlanması

Evə çatdırılma

Tolik: İstəmirəm Elza xanıma əl qaldırılsın

Şou

11 Avqust 2024 10:33 1176


"Elza xanımın xətrini çox istəyirəm. O Bəstəkarlar İttifaqının üzvüdür.  Doğrudur, yazdıqları mahnılar var ki, onlar illərlə Azərbaycanın musiqi tarixində iz qoyub. Amma cəmiyyət Elza xanımı bir az başqa cür tanıyır, onun şeirlərinin hansı bir təfəkkürlə yazıldığı və məna daşıdığı bilinmədən, məhz bu baxımdan Elza xanımı başqa cür tanıyırlar".

Yenisabah.az demokrat.az-a istinadla xəbər verir ki, bunu aparıcı Tarix Əliyev deyib.

O bildirib ki, müğənnilərimizdən şöhrət ordenli, dünyada tanınan Zeynəb  Xanlarova illərlə millət vəkili olub: Pepperoni pizza

“Mən Zeynəb xanımla, Elza xanımı bir tutmuram, Zeynəb xanım Azərbaycan xalqının ən çətin günlərində yanında olan insanlardan olub. Elza xanımın da özünə görə bir hüququ var. Bəlkə də millət vəkili ola bilər, amma istəmərəm ki, Elza xanıma əl qaldırılsın. Çünki mən 5 il bundan öncə seçkilərdə ona dəstək olmuşdum. O döyüləndə etirazımı bildirmişdim. Yenə də uğurlar arzulayıram.

Elza xanım millət vəkili seçilsə, 125 deputata şeir də yazar,bəlkə də. Amma qismət. Məncə, hər bir insanın buna hüququ var. Deputatdır da, indi var, 5 il sonra olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!