Tarix Əliyev (Tolik) “Space” TV-dən ayrılan həmkarı Könül Muxtarova ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, sosial media hesabında Muxtarovanın çıxışını paylaşaraq yazıb:
“Sən “Space” telekanalına mənə görə gəlmişdin və mən də sənə görə studiyada olan hər şeyi orada saxlamışdım. Sən orada yoxsansa, o studiyada olan kreslolarım, güllərim və barabanıma qədər heç nə orada qala bilməz”. pizza
Qeyd edək ki, teleaparıcı K.Muxtarova “Space” TV-də “Sevilən səhər” verilişinə aparıcılıq edirdi. O, açıqlama verərək 3 aydır maaşını ala bilmədiyinə görə kanal ilə yollarını ayırdığını bildirib. Ondan əvvəl isə həmin studiyada Tarix Əliyevin təqdimatında “Tarixin bir günü” verilişi yayımlanırdı.
Aydan Hacı
Telegram kanalımız