Toliki intihara vadar edən səbəb: “Qələt etmişəm...“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Toliki intihara vadar edən səbəb: “Qələt etmişəm...“ - Video

Şou

30 Mart 2021 10:10 1605


Prodüser, aparıcı Tarix Əliyev (Tolik) son vaxtlar artan intihar hadisələrinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə danışan prodüser valideynlərə səslənib. O, valideynlərə övladları ilə dost olmağı məsləhət görüb:

“İntiharlara dur deməyin vaxtıdır! Valideynlər övladlarınızı incitməyin. Onlarla dost olun. Heç belə mövzularda video çəkib paylaşmamışam, amma 18 yaşlı, 618 bal toplamış Könül balamızın intiharı hamımızı sarsıtdı. Burada ən böyük qınaq yenə də valideynlərə düşür. Övladlarınızı, əsasən də qız uşaqlarını sıxma-boğmaya salmayın. Demirəm ki, onların ipini buraxın, nə istəyirlər etsinlər… Əgər evə yarım saat gec gəlirsə, rəfiqələri ilə haradasa oturursa, telefonda kimləsə danışırsa, bunu ağır cəzalandırma ilə, böyük təpki ilə qarşılamayın”. pizza mizza

Onun bu paylaşımına gələn rəylər arasında vaxtilə Tolikin özünün də intihar etmək istədiyini xatırladanlar da olub. İzləyicilərindən biri ona “Özünüz həmişə danışırsınız ki, yeniyetmə ikən ananız telefon almır deyə qolunuzu kəsmisiz. Ananınız da gedib kreditlə telefon alıb” – şərhini yazıb.

 Prodüser bunun doğru olduğunu, lakin əməlindən peşman olduğunu bildirib:

 “Qələt etmişəm, kaş etməzdim. Amma uşağı döyüb, qorxuya salmaq olmaz”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!