Tolikin verilişi niyə bağlandı: “Zaur, Xoşqədəm, Elgiz kimi...”

saytların hazırlanması

Evə çatdırılma

Tolikin verilişi niyə bağlandı: “Zaur, Xoşqədəm, Elgiz kimi...”

Şou

18 İyul 2022 11:35 2102


Xəbər verdiyimiz kimi prodüser-aparıcı Tarix Əliyevin (Tolik) MTV-də yayımlanan "Tarixin bir günü" proqramı bağlanıb.

Həftənin cümə günü verilişin sonuncu bölümü efirə gedib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Tolik verilişinin bağladıldığı iddialarına cavab verib. Sezar pizza

O bildirib ki, yeni mövsümündə sosial verilişdə aparıcılıq edəcək:

“Birincisi, mənim verilişim də digər verilişlər kimi yay mövsümünə görə bağlanıb. Hazırda yay ayları olduğuna görə. Inşallah, sentyabr ayından yeni verilişə start verəcəyəm. Sözügedən veriliş həftə içi 5 gün, 3 saat davam edəcək. Amma bu dəfəki verilişim sosial mövzulu olacaq. Loru dildə desək Xoşqədəm xanım, Zaur Bəxşəliyev, Elgizin verilişi tipdə veriliş olacaq. Düzdür, mənim onlara oxşamağıma hələ çox var, amma mövzu oxşar olacaq. O ki qaldı “Tolikin verilişi bağladıldı” iddialarına, bu düzgün deyil, sadəcə sezon finalıdır. Kanalla da heç bir problemim yoxdur, orada işləməyə davam edirəm, işimə gedib gəlirəm. Verilişlərimin təkrarı isə yay boyunca kanalda yayımlanacaq. Aramızda heç bir problem yoxdur”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!