Xərçəng xəstəliyi ilə mübarizə aparan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) yenidən kimyaterapiyaya başlayıb.
Yenisabah.az xəbər verir ki, aktrisa Teleqraf.com-a açıqlamasında bir müddət əvvəl ayağında əmələ gələn trombla əlaqədar kimyaterapiyanı dayandırdığını deyib: "Artıq ayağımdakı trombla bağlı problem həll edildi. Kimyaterapiyaya başladım, 29-cu kimyaterapiyanı aldım".
Qeyd edək ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alır. Dördpendirli pizza
Telegram kanalımız