“Torpaq həsrəti, ev həsrəti bitdi” - Röyadan təbrik

saytların hazırlanması

Evə çatdırılma

“Torpaq həsrəti, ev həsrəti bitdi” - Röyadan təbrik

Şou

10 Noyabr 2020 18:11 1534


“Əminəm ki, bu gecə əksəriyyət yatmayıb. Hər kəs sevincini fərqli şəkildə ifadə edib. Kimisi ağlayaraq, gülərək, rəqs edərək, kimisi də torpağa tapşırdığı Şəhidini anaraq... Biz bu illər ərzində həsrətin nə olduğunu öyrəndik. Övlad həsrəti, torpaq həsrəti, ev həsrəti, ürəkdən sevinmə həsrəti ilə yaşadıq. Artıq həsrət bitdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkə hesabında yazıb. Müğənni xalqımızı qələbə günü münasibətilə təbrik edib:

“Bizim səsimiz o şəhərlərdən, dağlardan, meşələrdən, meydanlardan gələcək. Gözün aydın Azərbaycan, zəfərimiz mübarək! Qələbə sevincini bizə yaşadan Ali Baş Komandana, Ordumuza təşəkkür edirəm. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Xalqı!" pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!