“Toy görməyən sənətkar ola bilməz” deyən Manafa qadın həmkarından   AĞIR CAVAB: “Mikrofonu...”

saytların hazırlanması

Evə çatdırılma

“Toy görməyən sənətkar ola bilməz” deyən Manafa qadın həmkarından AĞIR CAVAB: “Mikrofonu...”

Şou

24 Aprel 2025 14:54 1670


“Ölənə qədər sizinlə bu mübarizəni aparacam. Şübhəsi olan mikrofonu əlinə götürüb gəlsin”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri müğənni Əminə Şirin instaqram səhifəsində paylaşıb. O, bu sözlərlə həmkarı Manaf Ağayevin “toyxana görməyən adam sənətkar ola bilməz” açıqlamasına cavab verib:

“Bir toy müğənnisinin videosu çıxdı qabağıma. Əslində bu sözlərə təəccüblənmədim, amma musiqimizin və məktəb keçib, dərs deyən sənətkarlarımızın adına elə içi özüm daxil çox üzüldüm. Necə yəni toyxana görməyən adam heç vaxt sənətkar ola bilməz? Dominos pizza

Toyxanada sən ancaq ayaq üçün oxuyursan, sonra da şabaş yığıb əlində video çəkib paylaşırsan. Biz belə ifaçıya sənətkar deyək? Biz isə ayaq üçün yox, baş üçün ifa edirik. Ruha və qəlbə xidmət edən musiqini təqdim edirik. Bunları bir susduran olacaq ya yox? Bəsdirin də ayıbdı... Toya hamımız gedirik, qazanc yerimizdi, amma toy məktəb deyil. Özünüzü öz musiqinizin düşməni kəsilmısız? Bunlara dəstək duran millət, əsil sənətkarların elə sizin kimi zövqsüz dinləyicilərə görə qazancı azdı!”

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    TOYDA AYAQ ÜÇÜN. QIŞQIRANLAR VARLI OLSALAR DA NƏ RƏŞİD BEHBUDOV OLACCCCCCAQLAR, NƏ DƏ ZEYNƏB XANLAROVA. ONLAR TOY MÜĞƏNNİSİ OLMAYIBLAR ONLAR XALQIN QƏLBİNI OXŞAYAN MAHNILAR OXUYUBLAR.
    1 year ago