Toya gedən 143 nəfər qapının arxasında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Toya gedən 143 nəfər qapının arxasında qaldı

Sosial

19 Noyabr 2021 11:32 537


Noyabrın 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqini həyata keçirib. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: Sezar pizza

- 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 143 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!