Toya gedən 595 nəfər qapının arxasında qaldı

saytların hazırlanması

Evə çatdırılma

Toya gedən 595 nəfər qapının arxasında qaldı

Sosial

29 Noyabr 2021 10:34 442


27-28 noyabr tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1178 toy şənliyinin monitorinqini həyata keçirib. 

Yenisabah.az xəbər verir ki, monitorinq 1154 şadlıq sarayında, 24 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə: Toyuqlu pizza

- 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

- 595 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!