Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb.
“Yeni Sabah” xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib.
O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçilərin məclisdə iştirak etməsini istəyib: Marqarita pizza
“Sevilən sənətkarlar hamının toyuna pay gəlsə, nə ilə dolansınlar? Bir neçə sənət nümayəndəsi var ki, onlar heç kimin toyuna ödənişsiz getmir. Düz də edir”.
N.Səfərli sənət adamlarının öz əməyinə dəyər verməsinin qınaq obyektinə çevrilməməli olduğunu qeyd edib:
“Ali səviyyədə özlərinə əmək verən hər kəs öz dəyərini uca tutduğu üçün qınaq obyekti olmamalıdır”.
O, fikirlərinin sonunda “Pulunu ver, şəklini çəkdir. Arzular satılır” ifadəsini işlədib.
Aydan Hacı
Telegram kanalımız