Toyda taxılan qızıllarla bağlı şok detal: Fenomen məhkəmədə belə danışdı

saytların hazırlanması

Evə çatdırılma

Toyda taxılan qızıllarla bağlı şok detal: Fenomen məhkəmədə belə danışdı

Şou

09 Sentyabr 2026 11:57 122


Türkiyədə saxlanılan sosial media fenomeni Mehmet Fatih Tançalanın məhkəmədə verdiyi ifadə ortaya çıxıb.

“Yeni Sabah” xəbər verir ki, sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan gecə saatlarında keçirilən əməliyyat zamanı saxlanılıb.

O, cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulmasında ittiham olunur. Fenomen məhkəmə qarşısında ittihamları qəbul etməyib. Marqarita pizza

Mehmet Fatih Tançalan xüsusilə toy mərasimindəki dəbdəbə ilə bağlı məsələlərə aydınlıq gətirib. O bildirib ki, məclisdə çəkilən xərclərin hamısı sponsorlar tərəfindən qarşılanıb.

Fenomen toy zamanı taxılan qızılların da özlərinə məxsus olmadığını deyib. Onun sözlərinə görə, həmin qızıllar kirayə götürülüb.

Tançalan əlavə edib ki, qohumları tərəfindən toyda taxılan zinət əşyaları da mərasimdən sonra sahiblərinə geri qaytarılıb.

Qeyd edək ki, Mehmet Fatih Tançalanın həyat yoldaşı sosial media fenomeni Çağla Özünlə birlikdə keçirilən toy mərasiminə Azərbaycandan tanınan blogerlər də qatılıb.

Məclisdə “baylarsoy” adı ilə tanınan bloger Arifə Məmmədova və onun həyat yoldaşı, bloger Fidan Zeyn də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!