Xalq artisti Rafiq Hüseynov (Rəmiş) ATV telekanalında yayımlanan “Bağ mövsümü” proqramının qonağı olub.
“Yeni Sabah” xəbər verir ki, gitara ifaçısı həyat yoldaşından danışan zaman verilişin digər qonağı - millət vəkili, yazıçı Aqil Abbas ona müdaxilə edib.
“Mən səmimi deyirəm, Güllü olmasaydı, Rəmiş çoxdan ölmüşdü. O, ona təkcə həyat yoldaşı deyil, həm anasıdır, həm bacısıdır, həm qardaşıdır”, - deyə Aqil Abbas bildirib. pizza sifarişi
Buna baxmayaraq, Rəmiş həyat yoldaşından gileylənməyi unutmayıb:
“O mənim üçün arvad deyil, başqa aləmdir. Toydan gələndə pulun 30%-ni mənə verir, 70%-ni özünə götürür, bu hərəkətinə görə narazıyam ondan. Aqil müəllimə demişəm, ona bir tapşırıq versin”.
Əsmətxanım
Telegram kanalımız