Toylar hansı qaydada keçirilə bilər? – Daha bir açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Toylar hansı qaydada keçirilə bilər? – Daha bir açıqlama

Sosial

26 May 2021 16:29 992


Açıq havada bəlli bir iştirakçı sayı ilə toyların keçirilməsi ehtimalı var.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib. Onun sözlərinə görə, hətta böyük şadlıq saraylarının 25 faizini tutmaqla və bəlli limit saat tətbiq etməklə bu tədbiri keçirmək mümkündür:

"Ancaq yenə də bu tədbirlərin keçirilməsi üçün hökumət əmin olmalıdır ki, insanlar toylarda bir-biri ilə yaxın təmasda olmayacaq. Onlar qoyulan qaydalara riayət etməsə, əksi olar, yoluxma artar, yenidən epidemioloji vəziyyət gərginləşər. pizza sifarişi

Qərarların nə olacağı və nə vaxt tətbiq ediləcəyini bilmirik, amma bir gün toy mövsümləri açılacaq. Bu qərar veriləcək və bu halda hər bir insan əvvəlkindən qat-qat tədbirli olmaq kimi bir məsuliyyət daşımalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!