“Toylara da icazə verilə bilər” - Həkimdən şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

“Toylara da icazə verilə bilər” - Həkimdən şad xəbər

Sosial

02 İyun 2021 01:32 1281


Milli Məclisin dünən keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açıq havada toyların keçirilməsinə icazə verilməsini təklif edib. Parlament üzvü bildirib ki, açıq havada az sayda insanın iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilməlidir.

Komitə sədri açıq havada toy şənliklərinə icazə verilməsi ilə yanaşı, teatrların açılması üçün də Operativ Qərargaha çağırış edib:

"COVİD-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. pizza mizza

Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl edilməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. İnsanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir".

Yenisabah.az xəbər verir ki, Tibb elmləri doktoru, professor-həkim Adil Qeybullanın açıqlamasına görə, yumuşalmalar olubsa, toylara da icazə verilə bilər:

"Açıq havada toyların keçirilməsi mümkündür. Məsafəni gözləmək və stolların normal qaydada düzülməsi ilə mərasim təşkil olunmalıdır. Toyların keçirilə bilməsi üçün müəyyən format da tətbiq olunmalıdır. Məsələn, 75-100 nəfər arası insanla şənliyi etmək olar. Təbii ki, qonaqların hərarətini öncədən ölçmək lazımdır. Yəni müəyyən formatlarla toyları keçirmək mümkünsüz deyil. Çünki epidemioloji vəziyyət stabilləşməyə doğru gedir. Növbəti dalğa olmazsa və mövcud durum pisləşməzsə, toyların keçirilməsinə icazə vermək lazımdır.  Yay aylarında bu məsələ həllini tapa bilər"./Sherg.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!