Toylarla bağlı mühüm açıqlama - hər 10 nəfərdən 5-i...

saytların hazırlanması

Evə çatdırılma

Toylarla bağlı mühüm açıqlama - hər 10 nəfərdən 5-i...

Sosial

25 İyul 2021 11:57 2151


"Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur".

“Yeni Sabah” Baku.ws-ə istinadən bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb: pizza

"Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir.

Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!