Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Trabzonda qurban kəsimi: Bələdiyyə başqanı da daxil olmaqla 127 nəfər yaralandı
21 İyl 2021 00:53
702

Trabzonda qurban kəsimi: Bələdiyyə başqanı da daxil olmaqla 127 nəfər yaralandı

Türkiyənin Trabzon şəhərində bu gün iyulun 20-də Qurban bayramı münasibətilə qurbanlıq heyvanların kəsimi zamanı aralarında bələdiyyə başqanı da olmaqla 127 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, yaralananlar hamısı qurbanlıq heyvanları özləri kəsmək istəyənlərdir, yəni naşı qəssablardır. Onlar müxtəlif xəsarətlər alıblar və xəstəxanalara müraciət ediblər.

Trabzonun Körpübaşı bələdiyyə başqanı Ali Aydın da qurban kəsərkən yaralanıb. Qolundan yaralanan Aydın rayon xəstəxanasına aparılıb, yarası sarındıqdan sonra evə buraxılıb.

Qurban kəsərkən yaralananlardan biri Selahettin Gardaş bildirib ki, onun biləyini dostu kəsib: “Qurbanımızı kəsmək üçün səhər saatlarında hazırlıq gördük. Qurbanlığı tuturdum, dostum kəsirdi. Bu sırada heyvan qaçmağa çalışdı, dostum mənim əlimi kəsdi. Gips qoydular, damarlarım zədələnibmiş. Diqqətsizlikdən oldu. Xəstəxanaya müraciət etdim, eşitdim yaralananlar çox olub”. /Virtualaz.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər