“Trabzonspor”dan növbəti qələbə, “Başakşəhər” yenə xal itirdi
23 Yan 2021 22:25
484

“Trabzonspor”dan növbəti qələbə, “Başakşəhər” yenə xal itirdi

Türkiyə Super Liqasında XXI tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Son 5 matçın 4-də qələbə qazanıb, 1-də heç-heçə edən “Trabzonspor” uğurlu seriyanı davam etdirib. “Bordo-mavililər” Ankarada “Gənclərbirliyi”ni minimal hesabla üstələyib. Bu, həm də “Gənclərbirliyi”nin ardıcıl 4-cü məğlubiyyəti olub.

Son çempion “Başakşəhər” turnir cədvəlində qonşusu olan “Rizəspor”la xalları yarı bölüb.

Turun digər oyunları 24-25 yanvarda keçiriləcək.

Türkiyə Super Liqası

XXI tur

“Gənclərbirliyi” – “Trabzonspor” – 1:2

Piris, 86 (pen.) – Canini, 36, Ekuban, 54

“Başakşəhər” – “Rizəspor” – 1:1

Mehmet Topal, 64 – Samu, 49 (pen.)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər