ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsinin hazırkı lideri Co Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi məsələsinə şübhə ilə yanaşır.
Yenisabah.az xəbər verir ki, Tramp belə bir fikri “Fox News” telekanalının aparıcısı Taker Karlsona müsahibəsində bildirib.
Qeyd edək ki, Bayden dəfələrlə növbəti prezident seçkilərində iştirak edəcəyinə eyham vursa da, hələlik rəsmi açıqlama verməyib. Lakin Pasxa bayramı ilə əlaqədar keçirilən tədbirdə prezident bu barədə fikrini bildirib. pizza mizza
Bu müsahibəyə toxunan Tramp deyib: "Burada nə isə səhvdir. Bu gün televiziyada onun namizəd olub-olmayacağı ilə bağlı cavabını gördüm. Güman edirəm ki, o, bacarmayacaq”, - deyə sabiq prezident bildirib.
Tramp vurğulayıb ki, Baydenin növbəti seçki kampaniyasından sağ çıxıb-çıxmayacağı bəlli deyil.
Xatırladaq ki, Bayden seçilməzdən əvvəl vəzifəyə gələn ən yaşlı prezident olan 76 yaşlı Tramp artıq 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. 80 yaşlı Bayden isə hələ rəsmi açıqlama verməyib.
ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək.
Telegram kanalımız