Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?

saytların hazırlanması

Evə çatdırılma

Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?

Dünya

06 May 2026 21:39 86


ABŞ Prezidenti Donald Tramp Çinə edəcəyi səfərə qədər İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.

"Yeni Sabah" xəbər verir ki, Ağ Ev lideri bu fikirləri PBS-yə verdiyi müsahibə zamanı səsləndirib.

"Bəli, bu ehtimal mümkündür. Hesab edirəm ki, bu prosesin yekunlaşması üçün kifayət qədər yaxşı şanslar mövcuddur. Əgər bu baş verməsə, biz yenidən onları rəhmsizcəsinə bombalamağa başlamalı olacağıq. Hər şey çox sadədir", - deyə ABŞ prezidenti əlavə edib. Marqarita pizza

Jurnalistlər ondan danışıqların mümkün yekunları ilə bağlı hələ də nikbin olub-olmadığını soruşublar. Ağ Ev lideri bu suala belə cavab verib:

"Düşünürəm ki, bəli. Lakin mən əvvəllər də onlarla bağlı eyni cür düşünürdüm, ona görə də gəlin nələrin baş verəcəyini gözləyək".

Qeyd edək ki, Donald Trampın Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!