Tramp Ərdoğana tərəf dönüb bunu dedi - Görüşdə hamı ona baxdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Ərdoğana tərəf dönüb bunu dedi - Görüşdə hamı ona baxdı

Siyasət

23 Sentyabr 2026 08:40 152


ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə Rəcəb Tayyib Ərdoğan haqqında maraqlı ifadələr işlədib.

“Yeni Sabah” xəbər verir ki, Tramp Nyu-Yorkda Ərdoğan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin rəhbərləri, eləcə də digər region ölkələrinin nümayəndələri ilə görüşüb. Görüşdə İranla bağlı danışıqlar və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Tramp İranla aparılan danışıqlarda irəliləyiş olduğunu və tərəflərin razılığa gəlməsi üçün imkanların artdığını bildirib.

ABŞ Prezidenti İranla bağlı vəziyyətin noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra hətta daha əvvəl də başa çata biləcəyini deyib. Tramp çıxışı zamanı İranla razılaşma əldə olunacağına ümid etdiyini, əks halda ABŞ-nin sərt addımlar ata biləcəyini də bildirib. O, Hörmüz boğazına da toxunaraq, bölgədə neft daşımalarının davam etdirildiyini və boğaz üzərində nəzarətin ABŞ-də olduğunu söyləyib. pizza

Lakin görüşdə əsas diqqət Trampın Ərdoğanla bağlı sözlərinə yönəlib. Tramp ötən il Qəzza müharibəsinin dayandırılması ilə bağlı keçirilən görüşü xatırladaraq, həmin tədbirdə Ərdoğanın da iştirak etdiyini bildirib. Daha sonra Ərdoğana tərəf dönən Tramp deyib: “Özüdə sərt adamdır. Onunla işiniz olmasın. O, həqiqətən də çox yaxşı adamdır”.

Tramp Ərdoğanı dostu adlandıraraq onun haqqında müsbət fikirlər səsləndirib. Görüşdə Qəzzanın gələcəkdə yenidən qurulması məsələsi də müzakirə olunub. Tramp region ölkələrinin bu prosesə töhfə verməyə hazır olduğunu bildirib. Görüşün sonrakı hissəsi mətbuat üçün qapalı keçirilib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!