ABŞ Prezidenti Donald Tramp bildirib ki, ötən gecə Hörmüz boğazından rekord həcmdə neft daşınıb.
"Yeni Sabah" xəbər verir ki, Tramp bunu İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb.
Trampın sözlərinə görə, neftin həcmi ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricilərdən yüksək olub. Bununla belə, Amerika lideri boğazdan tam olaraq nə qədər neftin daşındığını dəqiqləşdirməyib. pizza mizza
"Müharibə bitən kimi - bu isə yaxın vaxtlarda baş verəcək - neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək", - Tramp bildirib.
O əlavə edib ki, hazırda neftin qiyməti ABŞ-nin sabiq prezidenti Co Baydenin administrasiyası dövründə olduğundan daha aşağıdır.
"Kpler"in məlumatına görə, son həftədə Hörmüzdən artıq 33,7 milyon barel neft daşınıb.
"Reuters" isə xəbər verir ki, çərşənbə günü iyulun əvvəlindən bəri boğazdan neft daşınmasının ən yüksək gündəlik həcmi qeydə alınıb./Report
Telegram kanalımız