Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Dünya

18 İyun 2026 23:46 209


ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunun bütün cəbhələrində tam atəşkəsə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdə hər kəsi bizim danışıqlarımızın (İranla - red.) mükəmməl irəliləməsinə imkan yaratmaq üçün bu mövqeyə sadiq qalmağa çağırırıq. Bazarlar baş verənlərdən çox məmnundur: neftin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşır, səhmlər isə nəzərəçarpacaq dərəcədə bahalaşır. Biz Livan, "Hizbullah" və İsrail də daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs gözləyirik", - paylaşımda bildirilib. Dominos pizza

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi haqqında əsasnamələr da yer alır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!