Tramp İsrailə nəhəng silah paketi hazırlayır – Rəqəm hər şeyi göstərir

saytların hazırlanması

Evə çatdırılma

Tramp İsrailə nəhəng silah paketi hazırlayır – Rəqəm hər şeyi göstərir

Dünya

16 Sentyabr 2026 07:30 53


ABŞ Prezidenti Donald Trampın administrasiyasının İsrailə 2,8 milyard dollar dəyərində silah satışı üzərində işlədiyi bildirilir.

“Yeni Sabah” xəbər verir ki, “Washington Post”un məlumatına görə, paketə ümumilikdə 40 min bomba daxildir. Bunların 20 mini MK-84, digər 20 mini isə BLU-117 tipli bombalardır. Hər iki modelin çəkisi təxminən 1 tondur.

Satış paketinə əlavə olaraq 20 min I-2000 Penetrator döyüş başlığının da daxil edilməsi gözlənilir. Marqarita pizza

Məlumata əsasən, ABŞ Konqresinə satışla bağlı ilkin bildiriş göndərilib. Rəsmi bildirişin isə yaxın günlərdə təqdim olunacağı gözlənilir.

ABŞ rəsmiləri yekun qərar verilməyən silah satışları barədə açıqlama verməkdən çəkiniblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!