Tramp Netanyahunu göy əskiyə bükdü: “Ağlını tamamilə itirmisən!”

saytların hazırlanması

Evə çatdırılma

Tramp Netanyahunu göy əskiyə bükdü: “Ağlını tamamilə itirmisən!”

Dünya

02 İyun 2026 12:22 188


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə son telefon danışığında kobud ifadələrdən istifadə edib.

“Yeni Sabah” "Axios-a istinadla xəbər verir ki, bunu 2 Amerika mənbəsi bildirib.

Onların sözlərinə görə, İsrailin Livandakı hərbi əməliyyatlarına görə Tramp rəsmiyyəti yaddan çıxarıb: Dominos pizza

“Ağlını tamamilə itirmisən! Mən olmasaydım, indi həbsdə idin. Sənin g..ünü xilas etdim. İndi hamı sənə, İsrailə nifrət edir”.

Bu sözlərlə ABŞ Prezidenti Netanyahuya Beyruta hücumların İsraili qlobal səhnədə daha da təcrid edəcəyini, korrupsiya ittihamı ilə Baş nazirin məhkəməyə çağırılması zamanı ona verdiyi dəstəyi xatırladıb.

Tramp Netanyahudan Beyruta hücum planlarından imtina etməsini tələb edib və Livanda mülki şəxslər arasında itkilərin çoxluğundan narazılığını bildirib.

Ağ Evin qəzəbi İsrailin Livandakı hərəkətləri ucbatından Vaşinqtonun İranla razılığa gəlmək cəhdlərini pozmasından qaynaqlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!