Tramp Netanyahunu sərt sözlərlə tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Netanyahunu sərt sözlərlə tənqid etdi

Siyasət

14 İyun 2026 22:28 109


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Beyrutda "Hizbullah" hədəflərinə zərbələr endirməsi qərarından son dərəcə narazı qalıb və bunu sərt şəkildə ona bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Tramp jurnalist Barak Ravidə müsahibəsində deyib.

Tramp bildirib ki, Netanyahuya "niyə bu zərbəni endirdi" deyə etiraz edib və baş nazir barədə sərt ifadələr işlədib. pizza hut

"Mən çox qəzəbli idim. Mən ona bunu açıq şəkildə dedim. Onun heç bir sağlam düşüncəsi yoxdur", - deyə Tramp bildirib.

Məlumata görə, Tramp, həmçinin Netanyahuya "Hizbullah"a qarşı əlavə zərbələr endirməməyi və bunun ABŞ-İran razılaşmasına təsir etməməsini tələb edib.

Jurnalistlərin məlumatına əsasən, Tramp ABŞ və İran arasında razılaşmanın yaxın saatlarda ilkin şəkildə rəqəmsal formada, daha sonra isə Avropada rəsmi şəkildə imzalana biləcəyini də qeyd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!