Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Tramp Polşada ABŞ hərbi bazasının yaradıla biləcəyini açıqladı

Dünya

02 Oktyabr 2026 01:14 57


ABŞ Prezidenti Donald Tramp Polşa ərazisində Amerika hərbi bazasının yaradıla biləcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, o, bunu Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz bunu nəzərdən keçiririk və bu, həyata keçirilə bilər. Siz mənim (bazanın yaradılması ilə bağlı) qərar qəbul edib-etmədiyimi bilmirsiniz. Ola bilsin ki, mən artıq qərar vermişəm", – deyə Tramp əlavə edib. Dördpendirli pizza

Daha əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşada daimi hərbi bazanın yaradılması ABŞ-ın milli təhlükəsizlik strategiyasına daxil edilib.

Qeyd edək ki, sentyabrın 28-də Polşanın dövlət aktivləri nazirinin müavini Konrad Qolot bildirib ki, Polşanın Demblin şəhərində ABŞ-ın AH-64E Apache zərbə helikopterlərinin mühərriklərinə texniki xidmət göstərən servis mərkəzi açılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!