Trampa vergi ittihamı: ABŞ prezidenti nüfuzlu qəzetin iddialarına cavab verdi
28 Sen 2020 14:14
247

Trampa vergi ittihamı: ABŞ prezidenti nüfuzlu qəzetin iddialarına cavab verdi

ABŞ Prezidenti Donald Tramp “The Nyu York Times” qəzetinin iddialarına cavab verib. Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti 2016 və 2017-ci illərdə cəmi 750 dollar vergi ödədiyi barədə yazılanların əsassız olduğunu bildirib. 

“Bu tamamilə yalan məlumatdır. Mən çox vergi ödəmişəm, eyni zamanda gəlir vergisi ödəmişəm”, - deyə Donald Tramp vurğulayıb. 

O əlavə edib ki, “The Nyu York Times”dakı məqalə sadəcə seçkiqabağı “kiçik bir hekayədir”.

Artıq Donald Trampın rəqibi Co Baydenın seçki qərargahı “The Nyu York Times”dakı məqalə ilə bağlı videoçarx hazırlayıb. Videoçarxda 2019-cu ilin statistikasına istinad edilərək bir amerikalı müəlliminin 7239, yanğınsöndürənin 5283, tibb bacısının 10216 dollar vergi ödədiyi halda Дональд Трампın 750 dollar ödədiyi qeyd edilir.

ABŞ-da prezidenti seçkiləri 3 noyabr 2020-ci il tarixə təyin edilib. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər