İranın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Məcid İbn ər-Rza ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi əməliyyatın dayandırılması ilə bağlı açıqlamasına münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, o, "X" sosial şəbəkəsində paylaşdığı mesajda İranın heç bir təhdid qarşısında passiv qalmayacağını vurğulayıb.
“Biz nə təəccüblənəcəyik, nə də passiv olacağıq. Hər bir təhdidi hazırlığımızı artırmaq, çəkindirməni gücləndirmək və müdafiə gücümüzü inkişaf etdirmək üçün əsas hesab edəcəyik”, – deyə o bildirib. Pepperoni pizza
Bu, Trampın hərbi əməliyyatlardan imtina etdiyini açıqlamasından sonra İran hərbi rəhbərliyinin ilk rəsmi reaksiyasıdır. İbn ər-Rza əlavə edib ki, Tehran bəzi açıqlamaları psixoloji təsir kampaniyasının tərkib hissəsi hesab etsə də, bütün təhdidlərə ciddi yanaşır.
Telegram kanalımız