Danışıqların uğursuzluğuna baxmayaraq, İran və ABŞ arasında atəşkəsin uzadılması xəbəri neft qiymətlərinə ək təsir edib.
"Yeni Sabah" xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyun ayı üçün "Brent" markalı neft fyuçerslərinin qiyməti 1,05 dollar (1,07%) azalaraq barel üçün 97,43 dollara düşüb.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün WTI xam neft fyuçersləri 0,68 dollar (0,76%) azalaraq barel üçün 88,99 dollar təşkil edib. Əvvəlki sessiyada bu müqavilələrin qiyməti 89,67 dollar idi.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı yeni zərbələri hələlik təxirə salacağını, lakin İran limanlarının dəniz blokadasını ləğv etməyəcəyini açıqlayıb.
Tramp "Truth Social"da yazıb: "İran hökumətindəki ciddi fikir ayrılıqlarını nəzərə alsaq - və bu, təəccüblü deyil - və Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir və Pakistanın Baş naziri Şehbaz Şərifin xahişi ilə, liderləri və nümayəndələri vahid təkliflər təqdim edənə qədər İrana hücumu dayandırmaq barədə xahiş aldıq".
Daha əvvəl media vitse-prezident Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin Pakistana səfərinin təxirə saldığı bildirilib.
Telegram kanalımız