Trampın təsviri olan sikkələr dövriyyəyə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Trampın təsviri olan sikkələr dövriyyəyə buraxıldı

Dünya

03 Sentyabr 2026 12:58 56


ABŞ Prezidenti Donald Trampın təsvir olunduğu yeni 1 dollarlıq sikkələr dövriyyəyə buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, ABŞ zərbxanasının məlumatına görə, Tramp son 100 ildə dövriyyədə olan ABŞ sikkəsinin üzərində təsvir olunan ilk sağ ABŞ prezidentidir.

Zərbxana sosial şəbəkədə sikkələrin satışa çıxarıldığını açıqlayıb və vətəndaşlara cibindəki xırda pulları yoxlamağı tövsiyə edib. Sezar pizza

Sikkənin ön hissəsində Trampın portreti, “LIBERTY”, “IN GOD WE TRUST” və “1776–2026” yazıları yer alır. Arxa tərəfində isə ABŞ-ın 250 illiyi münasibətilə “250” rəqəmi olan qalxan, zeytun budağı və ox dəstəsi tutan qartal təsvir edilib.

Məlumata görə, 4 iyulda Filadelfiya zərbxanasında xüsusi nişanla 250 min Tramp sikkəsi zərb edilib. Sikkələr ABŞ zərbxanasında 25 ədədlik rulon üçün 61 dollar, 100 ədədlik kisə üçün isə 154,50 dollara satılır.

Qeyd edək ki, ABŞ sikkəsində sağ prezidentin təsvir olunmasının əvvəlki nümunəsi 1926-cı ilə aiddir. Həmin vaxt Prezident Kalvin Kulic Corc Vaşinqtonla birlikdə xatirə yarım dollarlıq sikkədə təsvir edilmişdi.

Trampın sikkədə təsvir olunması isə mübahisələrə səbəb olub. Tənqidçilər canlı şəxslərin ABŞ valyutasında təsvir edilməsinə dair məhdudiyyətləri və vəzifədə olan prezidentlərin milli valyutada yer almasına qarşı ənənəni əsas gətirərək sikkənin qanuniliyini sual altına alıblar.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!