“Gürcüstan TRIPP marşrutunu rəqib kimi nəzərdən keçirmir”.
"Yeni Sabah" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanılın “Açıq efir” proqramında deyib.
Onun sözlərinə görə, səbəb Orta Dəhliz üzrə yük dövriyyəsi artmasıdır. pizza
“2020-ci ildən bəri Orta Dəhliz üzrə yük dövriyyəsi yeddi dəfə artıb və bu da yeni infrastrukturun yaradılmasını zəruri edir. Hökumət məhz bu istiqamətdə fəal iş aparır”, - deyə, Baş nazir əlavə edib.
Kobaxidze qeyd edib ki, Gürcüstan TRIPP və ya hər hansı digər marşrutun ölkə ərazisindən keçən ənənəvi marşrutlar üçün ciddi təhlükə yaratdığını hesab etmir./APA
Telegram kanalımız