“Tualet yoxdur, heç əl yumağa yer də yoxdur” –  Jurnalistin ölümqabağı son sözləri
02 İyl 2020 13:40
2433

“Tualet yoxdur, heç əl yumağa yer də yoxdur” – Jurnalistin ölümqabağı son sözləri

Sosial şəbəkələrdə AzTV-nin əməkdaşı Samir Nəcəfzadə tərəfindən ölümündən az əvvəl göndərilən səsyazısı yayılıb.

“Yeni Sabah” xəbər verir ki, AzTV-nin ictimai-siyasi və analitik proqramlar şöbəsinin müdiri Samir Nəcəfzadə koronavirusdan dünyasını dəyişib.

S. Nəcəfzadə ölümündən əvvəl ailəsinə səsyazısı göndərib, müalicə aldığı xəstəxanada vəziyyətin pis olduğunu, xəstələrə yaxşı baxılmadığını bildirib: “Vəziyyət çox pisdir. Biri ordan qışqırır, biri burdan. Tualet yoxdur, heç əl yumağa yer də yoxdur”.

Bundan başqa, həmin səsyazısında Samirin səsindən əlavə, fonda digər pasiyentlərin də öskürək, boğulma səsləri eşidilir.

Samir Nəcəfzadə özünün boğulduğunu və oksigen maskası olmadan nəfəs ala bilmədiyini söyləyib. Və bir neçə gündən sonra gənc həyatını itirib.

Jurnalistlər dəqiqləşdiriblər ki, S. Nəcəfzadə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”da) müalicə alıb. Qeyd edək ki, əvvəllər bu xəstəxanadakı dəhşətli vəziyyətdən digər xəstələr də şikayətləniblər./Virtualaz.org

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər