“Tullantıları tinglərə dəyiş” aksiyası bu dəfə Sumqayıtda 

saytların hazırlanması

Evə çatdırılma

“Tullantıları tinglərə dəyiş” aksiyası bu dəfə Sumqayıtda 

Sosial

09 Mart 2023 13:10 597


Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmaq məqsədilə “Bir ağac-min nəfəs” devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Sumqayıt şəhərində yerləşən “Araz” marketin qarşısında keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Araz supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 245 ədəd işlənmiş batareya, ümumi tutumu 180 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. 

Keçirilən aksiyada Sumqayıt şəhər, N.Tusi adına 12 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri də iştirak edərək yığdıqları işlənmiş batareyaları təhvil veriblər.  pizza

Hər kəsi bu aksiyalarda fəal iştirak edərək ağac əkməyə, qorumağa, tullantıların sayının azaldılmasına və təkrar emalına dəstək olmağa çağırırıq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!