Tünzalə Ağayevaya görə izdiham yarandı, avtomobilinə gedə bilmədi  - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə Ağayevaya görə izdiham yarandı, avtomobilinə gedə bilmədi  - VİDEO

Şou

01 Oktyabr 2024 11:59 510


Xalq artisti Tünzalə Ağayeva Xətai rayonundakı Heydər Əliyev parkında baş tutan festivalda böyük coşğu ilə qarşılanıb..

Yenisabah.az xəbər verir ki, “Məktəbim” layihəsinin səfiri olan pop ulduz “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib. 

Tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib. Bir saat boyunca səhnədə olan müğənni ən sevilən və unudulmayan hitlərini səsləndirib. Tamaşaçılar da onunla birlikdə nəğmələri əzbər söyləyiblər. pizza sifarişi

Sənətçi ara-sıra pərəstişkarları ilə səhnədən həmsöhbət olub və onlarla fotolar çəkdirib.

Müğənninin budəfəki geyimi stilist Şamxal Ramazanlıya məxsusdur.Festivalın sonunda Xalq artistinə görə daha da böyük izdiham yaranıb. Hətta o avtomobilinə getməkdə çətinlik çəkib. Buna baxmayaraq o, dayanaraq tək-tək fanatları ilə xatirə fotoları çəkdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!