Tünzalə mesaj qutusunu açmağa qorxur

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə mesaj qutusunu açmağa qorxur

Şou

13 Yanvar 2025 13:25 291


“Elə zəhrimar sifət göstərirəm ki, camaat mənimlə tanış olmağa qorxur”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva deyib. 

“İnstaqram”da mesaj qutusunu açmaq istəmirəm. Çünki açılmamış məktublardan qorxuram, hamısı başıma töküləcək. Qorxuram ki, əlim dəyər, mesaj açılar. Bir gün gördüm ki, feysbukda bir vətəndaş 2 ildir dayanmadan mənə şeirlər yazır. Başqa cür anladım, elə bildim şəxsi mənadadır. Açanda gördüm ki, necə maraqlı şeirləri var. Birinə mahnı yazdım, o insana bildirmədim. Özünə də surpriz olmuşdu. İlk dəfə eşidəndə inanmışdı. Adı Bəhruzdur, indi artıq dəyərli dostumuzdur. ”Bəhanə gəzirəm” mahnısının sözləri ona aiddir. O şeiri iki il ərzində yazdığı mesajların arasında tapmışdım” Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!