Tünzalə və Nəsimidən duet – “Sənin üçün doğulmuşam”

saytların hazırlanması

Evə çatdırılma

Tünzalə və Nəsimidən duet – “Sənin üçün doğulmuşam”

Şou

18 Sentyabr 2026 16:03 98


Xalq artisti Tünzalə Ağayeva və müğənni Nəsimi Məmmədov yeni duetlərini təqdim ediblər.

“Yeni Sabah” xəbər verir ki, “Sənin üçün doğulmuşam” adlanan nəğmə üçün ifaçılar kamera qarşısına keçərək klip çəkdiriblər.

Ekran işinin rejissorluğu Emin Muradova, quruluşçu operatorluğu isə Murad Muradlıya məxsusdur. Art direktor Zaur Abdullayevdir. Dördpendirli pizza

Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə aiddir. Aranjımanı Samir Soltanov, miks və masterinqi Emin Kərim edib.

Klipdə pop ulduzun geyimi üzərində “Khayaly Couture” çalışıb. T.Ağayevanın saç düzümünü stilist  Fərid Bağırov, makiyajını isə Rəmalə Qasımova edib.

Qeyd edək ki, layihənin direktorları Yalçın Cabbarov və Azər Kərimovdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!