Tünzalənin atasının ölümündən sonra həyat yoldaşından təsirli sözlər

saytların hazırlanması

Evə çatdırılma

Tünzalənin atasının ölümündən sonra həyat yoldaşından təsirli sözlər

Şou

12 Avqust 2026 12:59 26


Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası Məcid Əliyev bir neçə gün öncə vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, aktrisanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında onunla bağlı xatirələrini bölüşüb. O, “Toppuş bacı”nın vəfatından sonra atasının ağır günlər keçirdiyini bildirib.

Röyal paylaşımında Tünzalənin atasının onu oxutmaq üçün iki işdə çalışdığını qeyd edib: Marqarita pizza

“Tünzalə deyirdi, atam iki işdə işləyirdi ki, məni oxutsun. Səhər alüminium zavodunda, qalan vaxtlarda isə usta işləyirdi. Əlbəttə, Tünzalənin getməyi ona çox təsir etdi. Birtəhər dözdü, şərəflə yaşadı, heç kimə yük olmadı”.

Qeyd edək ki, aktrisa Tünzalə Əliyeva 22 yanvar 2023-cü ildə uzun sürən xərçəng xəstəliyi səbəbilə dünyasını dəyişib.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!