Türkiyə Silahlı Qüvvələri İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatı zonasında şəhid verib.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Çavuş Mahsun Şimşek terrorçuların təxribatı nəticəsində şəhid olub. pizza
Qeyd edək ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.
Telegram kanalımız