“Türk Hava Yolları” yeni reyslər açacaq

saytların hazırlanması

Evə çatdırılma

“Türk Hava Yolları” yeni reyslər açacaq

Dünya

29 Yanvar 2019 22:51 1281


Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq.

“Türk Hava Yolları”ndan verilən məlumata görə, TK181 saylı aviareys üzrə uçuşlar aviaşirkətin yeni “Boeing 787-9” təyyarəsi ilə həftədə 3 dəfə yerinə yetiriləcək.

İstanbul-Mexiko marşrutu və əks istiqamət üzrə uçuşlar dünyanın ən böyük hava limanı sayılan İstanbulun yeni aeroportundan həyata keçiriləcək. Sözügedən aeroport gələcəkdə 200 milyonadək sərnişin qəbul etməyə imkan verəcək. Pepperoni pizza

Bundan başqa, 2019-cu ildə “Türk Hava Yolları” aviaşirkəti 6 yeni istiqamət üzrə uçuşlar həyata keçirəcək: Mərakeş (Mərakeş), Şarja (BƏƏ), Port-Sudan (Sudan), Bali (İndoneziya), Luksor (Misir) və Rovaniemi (Finlandiya).

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!