Türk ordusu tətikdə, Yunanıstan qoşunları adaya yığdı

saytların hazırlanması

Evə çatdırılma

Türk ordusu tətikdə, Yunanıstan qoşunları adaya yığdı

Dünya

25 Sentyabr 2026 07:02 81


Yunanıstan Türkiyə ilə sərhəddə daimi komando dəstəsi yerləşdirib.

"Yeni Sabah"  xəbər verir ki, komando dəstəsi Türkiyə sərhədində, Maritsa çayı yaxınlığındakı Meqalo Derio kəndində yerləşdirilib.

Yeni bölmə əvvəllər sursat anbarı kimi istifadə olunan Palaskas kazarmasında dislokasiya olunacaq. Kazarma yeni hərbi bölmənin yerləşdirilməsi üçün modernləşdirilib. Dominos pizza

Xatırladaq ki, Yunanıstanın bu addımı Türkiyə ordusunun elit 51-ci Komando Briqadasının Tuncelidən Aydın vilayətinin Söke rayonuna dislokasiya edilməsindən sonra atılıb.

Türkiyə briqadasının Egey dənizi istiqamətində yerləşən Sökeyə köçürülməsi Yunanıstan mətbuatında geniş rezonans doğurub.\Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!